Texnoloji
Nazirlik "Android" istifadəçilərinə xəbərdarlıq etdi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) təhlükələrdən qorunmaq üçün "Android" istifadəçilərini qeyri-rəsmi veb-mağazalardan proqram təminatı yükləməməyə çağırır.
Publika.az-ın məlumatına görə, ETM bildirib ki, son zamanlarda"Google Play"də video, musiqi və şəkil yükləmək üçün istifadə olunduğu iddia olunan proqram təminatının, əslində SMS troyan olduğu aşkar olunub.
Paket adı "com.FREE_APPS_435.android" olan SMS troyan, istifadəçiləri müxtəlif növ şəkil, mahnı tipli məzmunları yükləməyə imkan verən proqram təminatı şəklində təqdim edilib.
İstifadəçi proqram təminatının "Google Play"dəki səhifəsinə daxil olduqda, o, həmin proqramın veb proqramçısının saytına yönləndirilir. Bu zaman ekrana iki banner və keçid çıxır. Bu bannerlər istifadəçilərə göstərilən nömrəyə SMS göndərmək müqabilində məzmun (şəkil, mahnı) endirməyi təklif edir. Son nəticədə göndərilən mesajla, istifadəçi hər gün müəyyən məbləğ ödənilərək istifadə oluna bilən xidmətə qoşulur. Eyni zamanda bədniyyətli istifadəçilərin mesajlarına daxil ola, onları oğurlaya və ya mesajlarına cavab verə bilər. Beləliklə, istifadəçi aldadılır, ilkin olaraq ona təklif olunanları əldə edə bilmir, gündəlik onun balansından pul çıxarılır və mesaj yazışmalarında məxfilik pozulmuş olur.
Tədqiqatçılar bu və bənzər troyanların "Android/Trojan.SMS. Agent." olduğunu qeyd edirlər. Elektron Təhlükəsizlik Mərkəzi bunları nəzərə alaraq, "Android" istifadəçilərinə qeyri-rəsmi veb-mağazalardan proqram təminatı yükləməməklə yanaşı mobil antivirus proqramlarından istifadə etməyi tövsiyə edir.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
















.jpg)



















