Texnoloji
Azərbaycanın yeni peyki kommersiya fəaliyyətinə başladı
Yeni adı "Azersky" olacaq "SPOT 7" yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki “Azərkosmos” ASC-yə təhvil verildi.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu ilin iyun ayından orbitə çıxarılmış yüksək ayırdetməli peyk “Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti arasında imzalanmış müqaviləyə əsasən "Azərkosmos" ASC-yə təhvil verilib.
Bununla bağlı müqavilə prezident İlham Əliyevin iştirakı ilə imzalanıb. Prezident peykdən ilk simvolik görüntünü əldə etməklə "Azersky" peykinin kommersiya fəaliyyətinə start verdi.
İki tərəf arasında imzalanmış müqaviləyə əsasən "Azərkosmos"a
məxsus "Azersky" və "Airbus Defence and Space" şirkətinə məxsus
"SPOT 6" yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin
məsafədən müşahidə peyki hər iki şirkətin daha yüksək xidmət
göstərməsi üçün peyk toplusu formasında birgə istifadə olunacaq.
Həmçinin, Azərbaycanda quraşdırılacaq yerüstü stansiya "Azərkosmos"
ASC-yə kommersiya hüquqları "Airbus Defence and Space" şirkətinə
məxsus çox yüksək ayırdetməli "Pléiades 1A və 1B" (0.5 m ayırdetmə)
peyklərindən istifadə imkanı yaradacaq.
Bu peyk toplusu Yer səthinin məsafədən müşahidəsi üçün istifadə
olunan tətbiqlərə geniş imkanlar yaradır və ən yeni peyk
görüntülərini indiyə qədər mümkün olmayan cəldliklə əldə etmək
imkanı verir. "Azersky" və "SPOT 6" peyk toplusu bir gün ərzində 6
milyon km2 ərazinin şəklini çəkə bilir ki, bu da Fransanın
ərazisindən 10 dəfə böyükdür. Bu o deməkdir ki, Yer kürəsinin hər
bir nöqtəsi hər gün "Azersky" və "SPOT 6" peykləri tərəfindən
yüksək ayırdetmədə müşahidə oluna bilər.
"Azersky" Hindistanın "PSLV" raketi ilə iyunun 30-da uğurla orbitə çıxarılıb. Termal izolyasiya peykin minimum 12 il tam işləməsinə təminat verir. "Azersky" peykinin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri vardır. Önümüzdəki bir il yarım ərzində 25-dən çox azərbaycanlı mütəxəssis Fransada peykin idarə olunması, məhsulların yaradılması və eyni zamanda marketinq-satış işlərinin təşkil edilməsi sahəsində təşkil ediləcək təlimlərdə iştirak edəcək. Bu müqaviləni imzalamaqla "Azərkosmos" Geo-İnformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başladı. Bu, Azərbaycanın mövqelərini peyk xidmətləri göstərən azsaylı ölkələr arasında daha da möhkəmləndirəcək.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
















.jpg)



















