Texnoloji
Yaponiya Asteroidə atəş açacaq
Yaponiyanın cənubunda yerləşən Taneqaşima kosmodromundan “Hayabusa 2” (“Şahin 2”) kosmik zondu kosmosa buraxılıb.
Publika.az-ın məlumatına görə, AzərTac-ın Tokiodakı xüsusi müxbiri xəbər verir ki, 1999 JU3 asteroidinə xüsusi missiya ilə göndərilən zond suyun, eyni zamanda, üzvi maddələrin olduğu güman edilən həmin kosmik obyektdən Yerə torpaq nümunəsi gətirəcək. Aparatın kosmik obyektə 2018-ci ildə çatacağı gözlənilir. Asteroidə 100 metr yaxınlaşacaq “Hayabusa 2” xüsusi topdan ona atəş açacaq. Zondun məhz mərminin qaldıracağı tozdan nümunələr götürəcəyi planlaşdırılır.
Alimlərin qənaətinə görə, həmin nümunələrdə üzvi maddələr və su ola bilər. Bu eksperiment kainatda həyatın yaranması ilə bağlı müəyyən biliklərin əldə edilməsində və mütəxəssislərə müvafiq kosmik obyektlərin yaranması tarixinin tədqiqində kömək edəcək. Zondun 2020-ci ildə götürülmüş nümunələrlə birlikdə Yerə qayıdacağı planlaşdırılır.
“Hayabusa-2”nin kosmosa çıxarılması yapon ictimaiyyətində əsl ajiotaja səbəb olub. Raketin startını izləmək üçün Kyuşu adasının cənub hissəsində yerləşən Taneqaşima kosmodromunun yaxınlığına 4 mindən artıq insan toplaşıb. On minlərlə tamaşaçı isə Yaponiyanın müxtəlif yerlərində quraşdırılmış 90 nəhəng monitorda raketin startının birbaşa translyasiyasını izləyib.
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?
-
İdman13:10Messinin həyat yoldaşı Maçu Pikçudan cazibədar FOTOLAR paylaşdı
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı
-
Nida Xəbər 11:22Qəbul olunmuş 180-dən çox qərar ləğv olundu - Naxçıvanda nə baş verir?
-
Magazin110:34Pərviz Bülbülənin başına səhnədə iş gəldi - VİDEO
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir
-
Maraq dünyası09:12Bu bürclərə şad xəbər












.jpg)

.webp)




.jpg)


















