Texnoloji
“Euronews” telekanalı “BakuTel-2014” sərgisindən reportaj verib
“Euronews” telekanalında “BakuTel-2014” XX Azərbaycan
Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi
ilə bağlı reportaj və Prezident İlham Əliyevin kanala verdiyi
müsahibə yayımlanıb.
Reportajda bildirilir ki, “BakuTel” sərgisi keçirildiyi vaxtdan
Bakı dünyanın ən müasir texnologiyalar və tədqiqatlar paytaxtına
çevrilib. Sərgidə kompyuterlərin, mobil telefonların ən yeni
modellərinin, peyk telekommunikasiyaları sahəsində innovasiyaların
nümayiş etdirildiyi diqqətə çatdırılır.
Azərbaycanın öz kosmik sənayesini inkişaf etdirdiyi bildirilən
reportajda dörd il əvvəl ölkəmizin Milli Peyk Operatoru
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı, ötən il
“Azərspace-1” telekommunikasiya peykinin orbitə buraxıldığı, bu
yaxınlarda isə cəmiyyətin Fransanın “Airbus Defence and Space”
şirkəti ilə müqavilə imzaladığı qeyd edilir. Hər iki şirkətin
ikinci peyk - “Azərsky”ın istifadəsi məqsədilə öz səylərini
birləşdirdiyi diqqətə çatdırılır. Reportajda Azərbaycan Prezidenti
İlham Əliyevin bununla bağlı fikirləri də yer alıb. Dövlət başçısı
bu müqavilənin kosmik sənayenin inkişafı baxımından ölkəmiz üçün
həm texnologiyalar, həm də elm və biznesin inkişafı, eləcə də
təhsil sistemi üçün geniş imkanlar açdığını vurğulayır. Azərbaycan
Prezidenti yeni peykin bizə kənd təsərrüfatı, fövqəladə hallar
sahəsində həyatımızın müxtəlif sahələrindəki imkanlarımızı daha
ətraflı qiymətləndirməyə imkan verəcəyini qeyd edir.
“Evronews”un videomaterialında o da diqqətə çatdırılır ki,
“Azərsky” artıq kosmosdadır. Peyk ən müasir avadanlıqla təchiz
edilib və bu da yer kürəsinə bütün vacib məlumatları ötürmək imkanı
yaradır. Süjetdə “Airbus Defence and Space” şirkətinin təmsilçisi
Bruno Bertolini deyir ki, kosmosdan çəkilən şəkillər Xəzər
regionunda yerləşən xeyli sayda şirkət və təşkilatlar tərəfindən
gündəlik istifadə ediləcək. Onlar ilk növbədə kartoqraflara,
ekoloqlara lazım olacaq, neftçilərə, riskləri təhlil edənlərə kömək
edəcək, proqnozları verənlərə faydalı olacaq. Bir sözlə, peyk
vasitəsilə çəkilən fotoşəkillər kosmosdan coğrafiya ilə bağlı daha
dəqiq məlumatları ötürəcək.
Reportajda “BakuTel 2014”də 23 ölkəni təmsil edən 250 şirkətin
telekommunikasiya bazarının peşəkarlarının iştirak etdiyi qeyd
olunur. Diqqətə çatdırılır ki, burada gənc sahibkarların,
təşkilatçıların bir araya gəldiyi “Hi-Tech Park” ideyalar
inkubatoru da var.
“Euronews” kanalında sərgi ilə bağlı yayımlanan bu süjet
informasiya-kommunikasiya texnologiyaları üzrə əldə edilən
nailiyyətlərin və dünyada tətbiq olunan qabaqcıl yeniliklərin
nümayişi ilə yanaşı, bir daha “BakuTel” sərgi-konfransının artıq
geniş miqyasda nüfuza malik olduğunu göstərir.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
















.jpg)



















