Texnoloji
"DARPA" çoxdəfəli pilotsuz kosmik aparat hazırlayır
ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyi (DARPA) çoxdəfəli istifadə üçün nəzərdə tutulan yeni hipersəsli pilotsuz kosmik aparat yaratmaq niyyətində olduğunu bəyan edib.
Yaradılması "XS-1" nişanı ilə aparılacaq perspektiv aparatdan
aşağı Yer orbitinə müxtəlif avadanlıqların çatdırılması üçün
istifadəsi nəzərdə tutulur. Hərbçilərin tələbinə əsasən, "XS-1"
11,5 km/saat sürətlə uçmalı və çəkisi 1,36-2,27 tonadək faydalı
yükü qaldırmaq qabiliyyətinə malik olmalı, habelə bir pilotsuz
aparatın buraxılışının qiyməti 5 milyon dolları
ötməməlidir.
Hazırda "XS-1"-in taleyi tam müəyyənləşməyib, layihənin həyata
keçirilməsi ilə bağlı potensial tərtibatçılarla məsləhətləşmələr
aparılır. Aparatın hazırlanmasına başlanılsa, onun yaradılması
hazırkı mövcud pilotsuz "X-37B" kosmik gəmisinin analoji sxemi üzrə
hazırlanacaq. "Boeing" konserni tərəfindən ABŞ Hərbi Hava Qüvvələri
üçün hazırlanmış "X-37B" aparatı hazırda 400 gündən çoxdur orbitdə
yerini tutub.
"X-37B"-in uzunluğu 8,8 metr, qanadlarının arasındakı məsafə 4,5 metr təşkil edir. Orbitdən qayıtdıqdan sonra təyyarə rejimində eniş edən pilotsuz aparatın uçuş çəkisi beş tona yaxındır. Hərbçilərin rəsmən açıqladığı məlumata görə, "X-37B"-in orbitdə qalma müddəti 270 sutkaya bərabərdir. Təsdiq olunmamış məlumatlara görə, perspektivdə belə pilotsuz aparatlardan kəşfiyyat məqsədləri və orbitə kosmik aparatların çıxarılması üçün istifadə ediləcəyi gözlənilir.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar



















.jpg)



.jpg)















