Texnoloji
Azərbaycan milli futbol komandasının oyunçuları “Bakcell”də (R)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə fevralın 10-da Bakcell abunəçiləri üçün xoş sürpriz etdi.
Azərbaycan milli futbol komandasının hücumçusu Vaqif Cavadov və müdafiəçisi Mahir Şükürov Bakcell şirkətinin Məlumat Mərkəzinə gələrək abunəçilər tərəfindən 555 qısa nömrəsinə edilən zəngləri cavablandırdılar.
Əvvəlcə qonaqlar peşəkar operatorlar tərəfindən abunəçi müracitələrinə baxılması prosesi ilə tanış oldular, kiçik bir təlim keçdikdən sonra isə özlərini operator vəzifəsində sınadılar və bir neçə zəngi cavablandırdılar.
“Məlumat Mərkəzinin necə işlədiyini canlı şəkildə görmək çox maraqlı idi. Özüm operator kimi işlədim və abunəçilərlə danışdım. Gün ərzində müxtəlif insanlarla o qədər danışmaq asan iş deyilmiş. Amma mən də burada işləməyi bacarardım, çünki çox mehriban kollektiv var ona görə vaxtın necə keçdiyini hiss etmirsən”, deyə millimizin oyunçusu Mahir Şükürov bildirib.
Vaqif Cavadov: “Mən özüm də məlumat almaq üçün 1-2 dəfə Bakcell Məlumat Mərkəzində zəng etmişəm. Düşünürdüm ki, operatorların işi asandır, oturub telefonla danışırlar. Özümü operator vəzifəsində sınadım. Zənglərin idarə olunması və bütün sualları cavablandırmaq elə də asan deyilmiş.
Hər xasiyyətdə insan zəng edə bilər. Hətta boş vaxtını sərf etmək üçün zəng edib aidiyyatı olmayan suallar verən də olur. Burada çalışan operatorlar çox təmkinli və peşəkardılar. Onlara uğurlar arzu edirəm”.
Fevralın 10-da Məlumat Mərkəzinə zəng edən şanslı abunəçilər millimizin oyunçuları ilə danışmaq, eyni zamanda hədiyyə qazanmaq şansı da əldə etdilər.
Qeyd edək ki, Bakcell şirkəti futbol üzrə Azərbaycan milli komandasının sponsorudur.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar

















.jpg)

.jpg)


.jpg)
















