Texnoloji
2015-ci ilin ən çox gözlənilən planşetləri
Dünyada böhran hökm sürsə də, müxtəlif qadjet istehsalçıları, əksəriyyəti növbəti ilin başlanğıcında təqdim ediləcək innovativ qurğuların hazırlanması prosesini dayandırmaq niyyətində deyillər.
Bu il bizi gözləyən bir-birindən maraqlı planşet nümunələri təqdim
edilib.
Nexus 2015 edition – İlk sırada əlbəttə ki, "Nexsuslar" xəttinin
növbəti yenilənməsi dayanır. Planşet şirkətin 2015-ci ildə
keçiriləcək sərgilərindən birində nümayiş olunacaq. Ötən il
"Motorola" və "Google" Nexus 6 adlı altı düymlük qurğunu satışa
çıxardı və bununla da etalon qadjetlərin yeni tipinin əsası
qoyuldu: hazırda bu, Androidin həm son versiyası, həm də kifayət
qədər inkişaf etdirilmiş konfiqurasiyasıdır.
Toshiba Shared Board (TT301) – Yeni qeyri-müəyyən Nexsus
qurğusundan fərqli olaraq, "Toshiba" haqqında bəzi məlumatlar
verilib: bu 24 düymlük diaqonallı biznes-planşet televizora daha
çox bənzəyir. Toshiba Shared Board monitor rolunu da oynaya bilər.
HDMI konnektoru da məhz bunun üçün nəzərdə tutulub.
Microsoft Surface Pro 4 & Surface Mini – Bu klaviaturalı
planşet-slayderin tipi əvvəlkindən fərqlənmir. "Microsoft" şirkəti
qurğuda şarnir mexanizmini təkmilləşdirib. Eyni zamanda, Surface
Pro 4 növbəti il yeni və daha effektiv Intel Broadwell çipi ilə
təchiz oluna bilər. Bu mini-versiya 8 düymlük ekrana malik
olacaq.
Apple iPad Pro – Digər "pro" isə Apple-dan gözlənilir: Şirkət yeni
versiyanı hələ 2014-cü ilin avqust ayından hazırlamağa başlayıb.
Ümumiyyətlə, bu planşet mövcud "kiçik" iPad-lərin əvəzetməsi kimi
deyil, Apple-nin oriyentasiyasını dəyişməsi kimi qəbul edilir.
ANS PRESS
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
















.jpg)





















