Texnoloji
Enerji hasil edən ayaqqabı - FOTO
Alman alimləri ayaqqabıda quraşdırılan və gəzinti zamanı insanın hərəkət enerjisinin bir hissəsini elektrik enerjisinə çevirən cihaz yaradıblar.
Publika.az xəbər verir ki, bu enerjidən kiçik elektron cihazların işlədilməsi üçün istifadə oluna bilər.
Cihazın özü iki hissədən ibarətdir - bir hissəsi ayaqqabının altı asfalta dəyəndə enerji hasil edirsə, cihazın ikinci hissəsində enerji ayaq asfaltdan ayrılıb qalxan zaman əmələ gəlir.
İxtiraçıların sözlərinə görə, həmin prinsipdən öz-özünə bağlananan bağları olan ayaqqıbı yaradılmasında da istifadə oluna bilər. Belə ayaqqabılar, xüsusən, yaşlıların karına gələ bilər.
Elmi ixtiranın təfsilatları "Müasir materiallar and cihazlar" elmi dərgisində dərc olunub.
Elmi qrupun üzvü Klevis Yllinin sözlərinə görə, gəzinti zamanı hasil olunan enerji ayaqqabıda quraşdırılmış kiçik ölçülü sensorun işləməsi üçün kifayət edəcək.
Həmin sensor isə insanın hərəkət istiqamətini və keçdiyi məsafəni ölçərək məlumatı lazımı yerə ötürə bilər.
Ayaqqıbının hasil etdiyi 3.75 mW (millivatt) miqdarda enerji 2000 mW enerji gücü tələb olunan smartfonları doldurmağa bəs etməsə də, mikroskopik sensor və ötürücülərin işini təmin etməyə qadirdir.
Yerimə hərəkətinin yaratdığı enerjidən eləcə də ayaqqabı bağlarının öz-özünə bağlanmasını təmin edən cihazın işlədilməsi üçün istifadə oluna bilər.
Bu cür ayaqqabıların xüsusilə yaşlı nəslin marağına səbəb olacağı güman edilir.
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı
-
Sosial09:40Bakıda qız-gəlinləri oynadan dondurmaçı - Rəzalət, yoxsa əyləncə?
-
Hadisə09:20Barselona metrosunda yanğın: Xəsarət alanlar var - Video
-
Dünya09:00Dünya müharibəsi başlayır? - İkinci addım da atıldı, bundan sonra...
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək























.jpg)
.jpg)




.webp)









