Texnoloji
Nazirlik xəbərdarlıq edir: Mürəkkəb şifrlərdən istifadə edin
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi təşkilat və müəssisələrə kibercinayətkarlar tərəfindən edilən hücumların riskini azaltmaq üçün bir sıra təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edir.
Publika.az-ın nazirliyin saytına istinadən verdiyi
xəbərə görə, mərkəzin tövsiyəsində təşkilat və müəssisə daxilində
təhlükəsizlik siyasəti yaradılması tövsiyə edilir.
Təhlükəsizlik siyasəti bütün istifadəçi və ya istifadəçi qruplar
üçün məlumata giriş qaydalarını müəyyənləşdirməlidir. Təşkilatın
informasiya təhlükəsizlik siyasəti müvafiq olaraq işçi heyətinin
üzərinə düşən öhdəlik və məsuliyyətləri sənədləşdirməli və işə
götürülmədən öncə işçiyə izah olunmalıdır.
İşçilərə müntəzəm olaraq informasiya təhlükəsizliyinin təmin
olunması ilə əlaqədar təlimlər keçirilməlidir. Eləcə də təşkilatın
İT komandasına istifadə etdiyi proqramlarla əlaqədar müntəzəm təlim
keçirməsi lazımdır.
Mürəkkəb şifrlərdən istifadə olunmalıdır. Sistem istifadəsində sadə
şifrlərdən istifadə olunmamalı, simvol və rəqəmlərdən ibarət, üç
aydan bir dəyişən şifrlər qoyulmalı və oxşar şifrlərin təkrar
istifadəsinin qarşısı alınmalıdır.
Ehtiyatlama siyasətinə uyğun olaraq məlumat və proqramların
ehtiyatının çıxarılması və onların yoxlanılması prosesini aparmaq
lazımdır.
Təhlükəsizlik proqramlarından (antiviruslar) istifadə olunmalıdır.
Təhlükəsizlik proqramını bütün işçilərin istifadə etməsi tələb
olunur. Qurum daxilində cari və lisenziyalı proqramlar istifadə
olunmalıdır. Köhnə və pirat proqramlar yeni təhlükəsizlik
təhdidlərinə cavab verməkdə çətinlik çəkir.
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama














.jpg)






















