Texnoloji
"Google" şirkətinin rəhbəri: internet itəcək
“Google” şirkətinin rəhbəri və dünyanın ən zəngin sahibkarlarından biri olan Erik Şmidt hesab edir ki, özünün müasir formasında internetin sayılı günləri qalıb. O, bu fikrini İsveçrənni Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundakı diskussiyaların birində bildirib.
Bu barədə cümə günü Trend TASS agentliyinə istinadən xəbər verib.
E.Şmidt qlobal elektron şəbəkəni hansı gələcək gözlədiyi barədə sualı cavablandırarkən deyib: "Mən çox sadə cavab verəcəyəm: internet yox olacaq. O qədər çox IP ünvanlar olacaq, çoxlu sayda qurğular, üzərinizə geyinəcəyiniz ötürücülər, qarşılıqlı fəaliyyətdə olacağınız əşyalar olacaq ki, siz hətta onların varlığını hiss etməyəcəksiniz. Bu, sizin həyatınızın daimi hissəsi olacaq".
Şmidt qeyd edib: "Siz belə çoxlu sayda güclü texniki platformaların meydana çıxdığını müşahidə edirdiniz, smartfonlar üçün mobil əlavələrin yaranmasına görə hökmranlığın, daha doğrusu liderliyin, necə istəyirsiniz adlandırın, sırasının necə dəyişdiyini görürsünüz. İndi belə əlavələrin infrastrukturunun necə görünəcəyi barədə qabaqcadan proqnoz vermək qətiyyən mümkün deyil, çünki faktiki olaraq superkompüterlərə çevriləcək smartfonların gücünü artıran oyunçuların bütöv yeni koqortası irəliləyir”.
“Google”-un rəhbəri hazırkı anda bu bazara tamamilə açıq bazar kimi baxdığını əlavə edib.
Həmin diskussiyada Şmidt digər mövzulara da toxunub və KXDR-ə bu yaxınlardakı səfərini də xatırladıb. Onun sözlərinə görə, orada internetə çıxışlar yetərincədir, lakin rouminq yoxdur və şəbəkədən istifadəyə ciddi nəzarət edilir.
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama














.jpg)






















