Texnoloji
İkinci peykimizin orbitdəki yeri müəyyənləşdi
“Azərkosmos” və “Intelsat” 45° şərq uzunluğu orbital mövqeyinə yeni peyk qaldırmaq məqsədilə əməkdaşlığa başladıb.
Publika.az-ın Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın
milli peyk operatoru "Azərkosmos" ASC və dünyanın peyk xidmətləri
üzrə aparıcı şirkəti olan "Intelsat" S.A. (NYSE: I) 45° şərq
uzunluğu orbital mövqeyinə yeni peyk qaldırmaq barədə strateji
razılaşma imzalayıblar.
"Azerspace-2" regionda DTH, hökumət təşkilatları və şəbəkə
xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək
texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət
təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki
olan "Azerspace-1"-in orbitdəki ehtiyatı olacaq və "Azərkosmos"a
müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin
"Azerspace-2" sayəsində şirkətin əhatə zonası da genişlənəcək.
"Azerspace-2"-nin orbitə çıxarılması 2017-ci ilə planlaşdırılıb.
Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Sahara
səhrasından cənubda yerləşən Afrika ölkələrini əhatə edəcək.
Gülxar
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama












.jpg)























