Texnoloji
Əhalinin 85%-i yüksək sürətli internetdən istifadə edə biləcək
“Bu gün Azərbaycanda yüksək texnologiyalar sahəsində vəziyyət ortadan bir az yuxarıdır. Son beş ildə bu sektora 2 milyard investisiya ayrılıb. MDB ölkələri arasında Azərbaycan internetdən istifadəyə görə liderdir. Bu sahədə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında yer alıb”.
Publika.az-ın məlumatına görə, bu sözləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan İnvestisiya Sammitində çıxışı zamanı deyib.
Nazir qarşıya qoyulan hədəflərə də toxunub. İlk növbədə, iyirmi birinci ərsin infrastrukturu, sərbəst sektorun formalaşması və sosial iqtisadi inkişafla bağlıdır.
“Məqsəd 2018-ci ildə əhalinin 85%-nin yüksək sürətli internetdən istifadə etməsinə nail olmaqdır. Bu da inkişaf etmiş ölkələrin göstəricilərinə yaxın olacaq. 2017-ci ildə ikinci peykini orbitə çıxarmaqla Azərbaycan öz sözünü demiş olacaq. İKT-nin sosial-iqtisadi sahəyə təsiri də göz önündədir. 2020-ci ildə əhalinin 85%-nin elektron hökumət xidmətlərindən istifadə etməsinə nail olmaq istəyirik. 2012-ci ildə yüksək texnologiyalar sahəsində 41 milyon dollarlıq məhsul ixrac edilib. Bu, çox azdır. Ona görə də yüksək texnologiyalar sahəsində məhsul və xidmətlərin istehsalını artırmağı planlaşdırırıq”.
Nazir dövlətin bu sahəyə göstərdiyi diqqətin də göz önündə olduğunu deyib.
“Biliyin inkişaf etdirilməsi üçün Təhsil Nazirliyi, AMEA müəyyən işlər həyata keçirir. Amma yaxşı mühəndis yetişdirmək üçün yaxşı baza olmalıdır. Bu problemin həlli həm İKT sahəsində təhsil, həm də keyfiyyətli mütəxəssis yetişdirilməsi problemini həll edəcək. Yeni texnoparklar, gömrük güzəştlərinin edilməsi üzərində də iş aparırıq. Amma bizim daha bir problemimiz bazarın məhdudiyyəti ilə bağlıdır. Bazarın genişlənməsi üçün də müəyyən addımlar atırıq. Son mərhələ isə kapitaldır. Burada problem ucuz maliyyə imkanlarına çıxışlarla bağlıdır. Elm, İnvestisiya və Dövlət Neft Fondu strateji layihələrə az maliyyə ayırmaqla inkişafa nail ola bilərlər. Bu gün həmçinin elmi nailiyyətlərin istehsalata tətbiqi üçün innovativ sahibkarlığın yaradılmasına ehtiyac var. Dünyada elmi xərclərin 80%-i ABŞ, Yaponiya kimi ölkələrin payına düşür. 57 müsəlman ölkəsinin elmə xərclədiyi vəsaitlər ABŞ-dan 7 dəfə azdır”.
Gülxar
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































