Texnoloji
Microsoft Internet Explorerlə vidalaşır
Microsoft korporasiyası özünün məşhur brendi olan Internet Explorer brauzeri ilə vidalaşmağı qərara alıb. O, korporasiyanın Windows 10 operativ sistem dəstinə daxil olacaq yeni brauzerlə əvəzlənəcək.
Brenddən imtina edilməsi barədə rəsmi bəyanat Microsoftun
Atlantada keçirilən illik konfransı zamanı korporasiyanın marketinq
bölməsinin başçısı Kris Kaposella tərəfindən səsləndirilib. Hazırda
yeni brend və yeni brauzerin adı üzərində işlədiklərini deyən
Kaposella müştərilər üçün Explorerin də saxlanacağını qeyd
edib.
Mütəxəssislərin sözlərinə görə, Microsoftun yeni brauzeri internet
istifadəçiləri arasında xüsusi populyarlıq qazanan Google
kompaniyasının Chrome brauzerini xatırladacaq.
Qeyd edək ki, Internet Explorer brauzeri Windows sistemində 1995-ci
ildən fəaliyyət göstərir. Bir çox ekspertlərin fikrincə, hazırda o,
“təravətini itirib və yenilənməyə ehtiyacı var”.
Eyni zamanda, yeni Windows 10 operativ sisteminin bu ilin yay
aylarında dünyanın 190 ölkəsində, 111 dildə istifadəyə buraxılacağı
elan edilib. Bu barədə martın 17-də Çində keçirilən beynəlxalq
texnoloji konfransda Microsoft kompaniyasının əməliyyat sistemləri
bölməsinin icraçı vitse-prezidenti Terri Mayerson məlumat
verib.
Mütəxəssislər Windows 10-u Microsoft korporasiyası üçün “yeni
başlanğıc” hesab edirlər. Belə ki, bu əməliyyat sisteminin smartfon
və planşetlər üçün versiyası da mövcuddur.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































