Texnoloji
Xəbərdarlıq: "Android" və "iOS" brauzerlərindən müvəqqəti istifadə etməyin
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə Mərkəzi (CERT) "Android" və "iOS" əməliyyat sistemlərinin idarəsi altında işləyən qurğuların istifadəçilərinə müvəqqəti olaraq yüklənmiş brauzerlərdən imtina etməyi tövsiyə edir.
Trend-in CERT-ə istinadən verdiyi məlumata görə, buna səbəb FREAK (Factoring attack on RSA-EXPORT Keys) adlanan boşluğun yaranması və onun "Safari" və inteqrasiya edilmiş "Android" brauzerindən istifadə edən bütün qurğulara yayılmasıdır.
FREAK-hücum istifadəçinin dağıdılmış saytına daxil olmuş şəxsin məlumatlarının oğurlanması üçün istifadə edilə bilər.
"Apple" və "Googlе" artıq boşluğun aradan qaldırılması üzərində işləyir, "iOS" və "Android"in də yaxın vaxtlarda bu boşluqdan çıxması gözlənilir.
Bunadək "Android" istifadəçilərinə müəyyən vaxtlıq daxili brauzerdən imtina edib, "Google Chrome" və ya digər kənar brauzerdən istifadə etməyi tövsiyə edilib. "iOS" istifadəçiləri isə "Apple"dan olan yenilənmələri gözləməlidir.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































