Texnoloji
Dünyanın ən bahalı döyüş təyyarələri və helikopterləri - SİYAHI + FOTOLAR
Dünyanın ən bahalı döyüş təyyarələri və helikopterlərinin fotolarını və qiymətlərini təqdim edirik:
1.EA-18g Grow
Boeing firmasının çıxardığı bu təyyarə, ABŞ ordusu tərəfindən istifadə edilir. Qiyməti, 102 milyon dollardır. Düşmən ünsiyyətini kəsəcək jammer alətlərinə də sahibdir.

2.V-22 Osprey
İlk olaraq 2007-ci ildəki İraq müharibəsində istifadə edilən bu təyyarə, vertolyot görünüşündə olasa da, çox daha sürətli və ardıcıldır. Həmçinin 30 adam daşıya bilir. Qiyməti, 118 milyon dollardır.

3.F-35 Lightning II
ABŞ və müttəfiqlərinin bəziləri (İngiltərə) tərəfindən istifadə edilən bu təyyarə, 122 milyon dollar qiymətə sahibdir. Təyyarə Lockheed Martin firması tərəfindən çıxarılır.

4.E-2D Ətraflı Hawkeye
İnkişaf etdirilmiş radar sisteminə, hər hansı bir döyüş jetini 300 qat daha yaxşı bir izləmə təchizatına sahibdir. Analitiklərə görə, "İraqda yetişən bir fıstıq dənəsinin böyüməsini belə izləyə bilir ". Qiyməti 232 milyon dollardır.

5.VH-71 KESTREL
Bu təyyarə, ABŞ başçısını da daşıyır. Hətta Obamanın qısa məsafəli uçuşlarda istifadə etdiyi bu vasitənin, onun Ağ Evdəki ofisindən daha çox vaxtını keçirdiyi bir ofis olduğu analiz mütəxəssisləri tərəfindən ifadə edilib. Təyyarənin 241 milyon dollar qiyməti var.

6.P-8A Poseidon
Yenə Boeing firmasının çıxardığı bir təyyarə. Hər növ silah daşıya bilir. Raketlər və daha ağır bombalar. Bir dəstək təyyarəsidir. Qiyməti 290 milyon dollardır.

7.C17A Globemaster III
Bu təyyarə, Türkiyədə də istifadə edilən sərnişin daşıma təyyarələrindən Boeing 737 ilə eyni mühərrikə sahibdir. Eyni anda 102 paraşütçüyü daşıya, nöqtə atışı ilə buraxa bilir. Qiyməti 238 milyon dollardır.

8.F-22 Raptor
İlk olaraq Soyuq Müharibə dövründə çıxarılmış bu təyyarə, indiki inkişaf etdirilmiş halı ilə dünyanın ən yaxşı döyüş təyyarəsi olaraq qəbul edilir. Tək bir ədədi 350 milyon dollardır. ABŞ ordusu tərəfindən istifadə edilir.

9.B-2 Spirit
Tərcümədə "ruh" mənasını verən bu təyyarə həqiqətən heç bir radar, müşahidə sistemi tərəfindən asanlıqla görülə bilinmədiyi üçün müdhiş bir silah olaraq qiymətləndirilir. ABŞ ordusunun, İraq və Əfqanıstanda ən çox istifadə etdiyi təyyarələrdən biridir. Qiymətinə inana bilməyəcəksiniz, bir dənəsi 2.4 milyard dollardır! ABŞ ordusunda 21 ədəd olduğu ifadə edilir. (movqe.az)

-
Magazin208:24Conni Deppə şok: Cek Sərçə yeni filmdə ikinci plana keçirilir
-
Sosial07:55Şuşanın kəndlərinə köç karvanları yola salındı
-
Dünya05:15İranın ABŞ hərbçilərini izləmək üçün istifadə etdiyi inanılmaz üsul
-
Qoroskop00:45Günün ulduz falı: romantik anlar yaşana bilər
-
Elm və təhsil16 Avqust 22:16Vəzifəyə yeni təyin olunmuşdu: vəfat etdi - Foto
-
Magazin216 Avqust 21:15Rafet El Romandan etiraf: “Botoksun dozasını aşdım”
-
İdman16 Avqust 20:18Ronaldo rəsmən açıqladı: Karyerasını bitirir
-
Sosial16 Avqust 20:04Azərbaycanın iki rayonuna Bakıdan axın başladı



































