Texnoloji
Belorus “Azərkosmos”un təcrübəsindən yararlanacaq
Belarus milli peykinin orbitə buraxılmasında Azərbaycanın təcrübəsindən yararlanacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən
Publika.az-a verilən məlumata görə, Belarus
Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkov
və Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviç “Azərkosmos”
ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər
edib.
Səfər zamanı qonaqlara “Azərkosmos” ASC-nin fəaliyyəti, idarəçiliyində olan peyklərin istehsalı, orbitə çıxarılması və sığortalanması barədə geniş məlumat verilib.
Nazirə, həmçinin “Azerspace-1” peykinin idarəolunması, şirkətin
fəaliyyətinin kommersiya aspektləri, müştəri xidmətləri və peyk
üzərindən yayımlanan kanallar barədə məlumat verilib.
Binanın texniki infrastrukturu ilə tanış olan qonaqlar idarəetmə
mərkəzini yüksək qiymətləndiriblər.
Görüş zamanı “Azərkosmos” və Belarusun peyk operatoru “BELİNTERSAT” arasında əməkdaşlığın perspektivləri, 2016-cı ildə orbitə qaldırılacaq “BELİNTERSAT-1” peykini idarəedəcək operatorun formalaşdırılmasında “Azərkosmos”un təcrübəsindən yararlanmaq imkanları müzakirə olunub.
Dostluq və qarşılıqlı anlaşma mühitində keçən görüşün sonunda nazirə “Azerspace-1” peykinin modeli hədiyyə olunub.
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi




















.jpg)
















