Texnoloji
40 il əvvəl «Microsoft» necə yarandı!?
40 il bundan əvvəl 1975-ci il aprelin 4-də Bill Gates və Paul Allen «Microsoft» adlı şirkəti yaradıblar. Bu şirkət bir neçə onillik ərzində ABŞ-ən ən nəhəng korporasiyalarından birinə çevrilib. Öz təsisçilərini isə dünyanın ən zəngin insanları sırasına çıxarıb.
Publika.az-ın məlumatına görə, Gates və Allen dost olub. Hər iki gənc Sietldakı Leyksayd Məktəbində «Basic» proqram dili üzrə təhsil alırmış. Allen orta təhsilini Gates-dən tez başa vurub, Vaşinqton Dövlət Universitetinə daxil olur. Onların ilk birgə məhsulu «Intel 8008» çipi əsasında qurduqları kompüter olur. Bu kompüterdən Vaşinqton ştatının Nəqliyyat Departamenti üçün nəqliyyat sıxlığını analiz etmək üçün istifadə edilir.
Sonra Allen Bostona, «Honeywell»də işləməyə gedir. Gates isə Harvard Universitetinə qəbul olunur. 1974-cü ilin sonlarında ilk personal kompüter qurğusu sayılan «Altair 8800» barədə xəbərlər onları cuşa gətirir. Onlar «Basic» proqram dili vasitəsilə bu qurğunu xeyli təkmilləşdirə biləcəklərini hiss edirdilər.
GATES VƏ ALLEN GECƏ-GÜNDÜZ ÇALIŞIR
Allen «Altair»in istehsalçısı olan MATS-ın (Mikro-Avadanlıqlar və Telemetriya Sistemləri) prezidenti Ed Roberts-lə görüşüb bu ideyanı ona sata bilir. Bununla da Gates və Allen «Basic»lə işləyən ilk mikrokompüter hazırlamaq üçün gecə-gündüz çalışmağa başlayırlar. 1975-ci ilin yanvarında Allen MATS-ın proqram təminatı direktoru vəzifəsini icra etmək üçün Nyu-Meksiko ştatının Albukerke şəhərinə köçür. Bu arada Gates Harvardda ikinci kursda oxuyurdu. O, təhsilini yarımçıq qoyub, Allen-in yanına – Albukerkeyə gedir.
O vaxt Allen-in 22, Gates-in isə 19 yaşı vardı. Mart ayına kimi artıq «Basic»lə işləyən «Altair» mövcud idi. «Microsoft» şirkəti faktiki olaraq həmin ilin aprel ayından fəaliyyət göstərsə də, bu adı alması bir neçə ay çəkir.
Gənc şirkət o dövrün ən çox satılan «Apple II» və «Radio Shack TRS-80» kompüterlərinin də «Basic» versiyalarını yaradır.
İNANILMASI ÇƏTİN OLSA DA
1979-cu ildə «Microsoft» Albukerkedən Vaşinqtona, Belvyuya köçür. 1981-ci ildə IBM-in «Microsoft»un 16-bitlik əməliyyat sistemi olan MS-DOS 1.0. ilə işləyən personal kompüteri istifadəyə verməsindən bir neçə həftə öncə korporasiyaya çevrilir.
İldırım sürətilə inkişaf edən şirkət bir də 1986-cı ildə qərargahını dəyişərək Redmonda köçür. Həmin ilin martında «Microsoft» xalqa açıq elan edilir və onun səhmlərinin birjada alğı-satqısına başlanır. İnanmaq çətin olsa da, fakt budur ki, şirkətin səhmi o gündən bu yana ilkin qiymətindən nə az – nə çox, düz 280 dəfə çox (hətta inflyasiyanı nəzərə aldıqda belə, 140 dəfə çox) dəyər qazanıb.
-
Cənubi Qafqaz16:18Qarabağ canisi olan general Ermənistandan imtina etdi
-
Nida Xəbər 14:24Prezidentin vəzifə verdiyi Osman Xaliyev kimdir? - Dosye
-
Rəsmi xronika13:57İlham Əliyev sərəncam imzaladı
-
İdman13:24“Barselona”nın yeni transferinin ilham pərisi: Onları kim tanış edib? - FOTOLAR
-
Cənubi Qafqaz13:18Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək - İrəvana qaçanlar şokdadır
-
Dünya11:12Kanadada oğurlanan 4798 avtomobil Rusiyada tapıldı: Qaçaqmalçıların ağlasığmaz əməliyyatı
-
Elm və təhsil10:18Bu müəllimlərin maaşı arta bilər
-
Region09:18Kremldən Paşinyanla bağlı açıqlama: Yaxın gələcəkdə...

























.jpg)


.jpg)





.png)




