Texnoloji
Google 7 milyard dollar cərimələnə bilər
Avropa Komissiyası (AK) anti-inhisar istintaqı çərçivəsində Google şirkətinə qarşı rəsmi ittiham irəli sürməyə hazırdır. Bu halda Amerika kompaniyasını 7 milyard dollar məbləğində cərimələnə bilər.
Publika.az-ın məlumatına görə, hazırda Avropa Komissiyası Google
şirkətinə iddiaların yer aldığı rəsmi məktub göndərmək məsələsini
müzakirə edir. Məktub təqdim edildikdən sonra qanun pozuntularını
aradan qaldırmaq üçün kompaniyanın 2015-ci ilin sonunadək vaxtı
olacaq. Əks halda AK kompaniyanı 7 milyard dollar həcmində
cərimələmək hüququnu özündə saxlayacaq.
Avropa Komissiyası əsasən, Google şirkətinin internetdə informasiya
axtarışı və kommersiya təklifləri xidmətinin texnoloji bölünməsində
israr edir. Hazırda internetdə aparılan axtarışların 90 faizi məhz
Google kompaniyasının payına düşür.
Qeyd edək ki, Avropa Komissiyasının Google şirkətinə qarşı apardığı
anti-inhisar təhqiqatı 2010-cu ildən başlayıb. Kompaniya AK-ya
xidmət göstərdiyi sistemin dəyişdirilməsi təklifi ilə artıq üç dəfə
müraciət etsə də, onlar yetərli sayılmayıb.
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı
-
Nida Xəbər 11:22Qəbul olunmuş 180-dən çox qərar ləğv olundu - Naxçıvanda nə baş verir?
-
Magazin110:34Pərviz Bülbülənin başına səhnədə iş gəldi - VİDEO
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir
-
Maraq dünyası09:12Bu bürclərə şad xəbər
-
Ekologiya08:45Azərbaycana sərt qış gəlir: Bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
-
Dünya07:35Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?


















.jpg)
.jpg)



















