Texnoloji
iPhone istifadəçiləri, hər WiFi şəbəkəsinə qoşulmayın!
"Applen"ın həftəsonu açıqladığı təhlükəsizlik boşluğunun düşünüldüyündən daha böyük və təhlükəli olduğu, bir çox istifadəçinin hələ də təhlükəsizlik zəifliyindən xəbərsiz telefon və həblərini istifadə etməyə davam etdiyi ortaya çıxıb.
Movqe.Az xəbər verir ki, Applenin iOS və OS X əməliyyat sistemlərində kəşf edilən bir səhv böyük səs-küy yaradıb.
Məsələn telefonunuzla etibarlı olmayan bir bağlanırsınız , Facebook və ya Gmail hesabınıza daxil olursunuz. Elə sözügedən zəiflik bu nöqtədə dövrəyə girir və xakkerlər özlərini Gmail və ya Facebook kimi göstərərək istifadəçinin iPhone ilə Gmail arasındakı məlumat alış-verşini görə bilir və hətta müdaxilə edə bilir.
Johns Hopkins Universitetində vəzifəsini davam etdirən professor Matyu Qrin, boşluğun sanılandan böyük və təhlükəli olduğunu və hələ təhlükənin nəzarət altına alın bilmədiyini vurğulayıb.
Xüsusilə son aylarda dünya tərəfindən məşhur sosial media və texnologiya nəhənglərinin məlumatlarına sızmağı bacaran NSA-nın (Milli Təhlükəsizlik Dairəsi) bu boşluğu istifadə edərək istifadəçilərin telefonlarına girə bildiyi və bu yolla məlumat yığdığı da iddia edilir.
Apple isə mövzuyla əlaqədar şərh etməkdən boyun qaçırır.
Dünyada milyonlarla iPhone və iPad bu təhlükə altındadır. Applenin həftəsonu yayımladığı iOS 7.0.6 yeniləməsini yükləyərək bu boşluqdan xilas ola bilərsiniz.
Təxminən 12 MB-lıq kiçik bir fayl olan aktuallaşdırmanın qurulması 5 dəqiqə belə olmur. Lakin təhlükə OS X əməliyyat sistemi üçün hələ də davam edir və bir yeniləmə davamlı deyil. Bu səbəblə həmin əməliyyat sistemini istifadə edirsinizsə, etibarlı olmayan WiFi şəbəkəsinə əsla bağlanmayın.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)



.jpg)


.png)



.jpg)
















