Texnoloji
Dilmancın yeni versiyası təqdim edilib
Yeni versiyada keyfiyyətli tərcümə, sözlərin sinonimi və alınmış mətnin səsli variantını dinləmək imkanları var
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Dilmanc tərcümə sisteminin yeni versiyasını istifadəyə verib. Yeni versiyada mətnləri Azərbaycan, ingilis və rus dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsini dinləmək imkanları əlavə edilib. Bu barədə Dilmanc layihəsinin direktoru Əbülfət Fətullayev məlumat verib.
Əbülfət Fətullayevin bildirdiyinə görə, Dilmanc tərcümə sisteminin yeni versiyasının əsas imkanları bunlardır:
Mətnin avtomatik tərcüməsi -mətnlərin azərbaycancadan ingilis, rus dillərinə və əksinə daha keyfiyyətlə tərcüməsi; lüğətə söz daxil etdikdə təkcə həmin sözün tərcüməsi deyil, sinonimlərinə də baxmaq; "nümunələr" düyməsinə basmaqla həmin sözün işləndiyi cümlələr və onların tərcümələrini görmək; mətnin səsləndirilməsi bölümündə tərcümə nəticəsində alınmış mətn çox uzun və yorucudursa, "səsləndir" düyməsinə basmaqla həmin mətnin səsli oxunuşuna qulaq asmaq.
Android əsasında işləyən telefon və planşetlərə "Dilmanc Mobile Translator" proqramını yükləməklə şifahi danışığı, mətni və tək sözləri Azərbaycan, ingilis və rus dilləri arasında tərcümə də mümkündür.
Layihə rəhbərinin sözlərinə görə, bu proqram istifadəçilər arasında populyarlıq qazanaraq, "Play Store"-da istifadəyə verildiyi 2 ay müddətdə 40 min dəfəyə yaxın yüklənib: “Proqramın yeni versiyası dilmanc.az saytında onlayn tərcümə portalı kimi istifadəyə verilib və proqramı kompüterə yükləməyə ehtiyac yoxdur. Bu, həmçinin bütün əməliyyat sistemləri və mobil qurğularda istifadə baxımından da əlverişlidir”.
Layihənin gələcək planlarından danışan direktor bildirib ki, Azərbaycan dili üçün nitqin başa düşülməsi sistemini yaratmaq üzərində də işlər
gedir: “Bu sistemin ilk versiyasında istifadəçinin şifahi sualları cavablandırılacaq”.
Layihənin elmi məsləhətçisi akademik Əli Abbasovdur.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















