Texnoloji
Bütün evə bəs edəcək batareya
ABŞ-da bütün ev üçün elektrik enerjisinin saxlanılması mümkün olan batareya yaradılıb. Çamadan boyda olan akkumulyatorda bütün ev üçün enerjini saxlamaq mümkündür.
Dünyanın ən böyük idman avtomobili istehsalçılarından biri olan "Tesla Motors" şirkətinin rəhbəri İlon Mask bildirib ki, akkumulyator Günəş enerjisi ilə doldurulur.
Digər Günəş batareyaları gecənin qaranlıq vaxtı işləmir. Bundan əlavə, enerji əsasən yayda yığılır, qışda isə istifadə olunur. Lakin İ.Maskın mühəndisləri enerji üçün “soyuducu” yarada biliblər. Elektrik enerjisini istifadə edən müddətədək istənilən qədər saxlamaq olur.
“Soyuducu” kamera rolunu "Powerwall" akkumulyator sistemləri oynayır. Əgər istifadəçilər yayda Günəş enerjisinin pik vaxtı Günəş batareyalarının əlavə enerjisini ümumi şəbəkəyə ötürmək məcburiyyətində qalırdısa, yeni batareya ilə özünə ehtiyat enerji götürmək, hətta gecələr də ucuz enerji yükləmək mümkündür.
İnternetə qoşulmaqla cihazın köməyi ilə bütün binanın istilik və işıqlandırma sistemini idarə etmək də olar.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?














.jpg)
.jpg)




.webp)

















