Texnoloji
Azərbaycanda ilk – Kosmik Mərkəz yaradılır
Azərbaycanda ilk dəfə olaraq Kosmik Hava Mərkəzi yaradılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev Trend-ə bildirib ki, rəsədxananın ərazisində inşa olunan Kosmik Hava Mərkəzinin səkkizguşəli binasının tikintisi artıq yekunlaşıb. Mərkəzin bu ilin sonuna kimi tam şəkildə işə başlayacağı gözlənilir.
Mərkəzin binasının damı anten və digər qəbuledici cihazların yerləşdirilməsi üçün xüsusi şəkildə düzəldilib. Binanın daxilində - döşəmədə isə maqnitometrin qoyulması üçün xüsusi bir “yuva” da nəzərdə tutulub. Maqnitometr Yerin maqnit sahəsinin fluktuasiya edən komponentini ölçməyə imkan verəcək.
E.Babayev deyib ki, mərkəzə kosmik hava monitorinqi ilə bağlı ən müasir cihazların gətirilməsi nəzərdə tutulur. Artıq bir neçə cihaz mövcuddur. Hazırda ABŞ-ın Stenford Universitetindən gətirilmiş çox aşağı tezlikli (VLF) elektromaqnit dalğalarını qəbul edən cihaz uğurla işləyir.
Rəsədxananın direktor müavininin sözlərinə görə, belə cihazların şəhər mühitindən uzaqda yerləşdirilməsinin böyük əhəmiyyəti var. Çünki belə cihazlar, adətən, böyük şəhərlər daxilində, hətta onun ətrafında yerləşdirilərsə, texnogen xarakterli təsirlər düzgün elmi nəticələrin ortaya çıxmasına mane olur.
E.Babayev qeyd edib ki, bu mərkəz həm kosmik hava sahəsində elmi məsələlərin araşdırılması, həm də elmin kütləviləşdirilməsi istiqamətində mühüm rol oynaya bilər. Mərkəz fəaliyyətə başladıqdan sonra Günəşdə baş verən prosesləri, alışmaları, Günəşdən olan tac atılmalarının, geomaqnit qasırğalarının təsirlərini real şəkildə izləmək mümkün olacaq. Bunlar isə düzgün olmayan elmi məlumatların yayılmasının qarşısını alacaq.
Onun sözlərinə görə, son 30-40 il ərzində formalaşan kosmik hava termini Günəşdə baş verən dəyişiklikləri, əsasən, Günəş fəallığını, Günəş fəallığının təzahürləri olan geomaqnit fəallığını, kosmik şüalar fəallığını, bunların planetlərarası fəzada, xüsusi halda isə Yerüstü və Yerətrafı fəzada fəaliyyət göstərən texnoloji sistemlərə, Yer üzərində olan bütün bioloji sistemlərə, o cümlədən insana təsirini özündə ehtiva edən böyük bir anlayışdır. Mərkəz tərəfindən kosmik hava proqnozlarının verilməsi Günəşdə baş verən dəyişikliklərin adıçəkilən sistemlərə olan təsirlərini minimuma endirə biləcək.
Kosmik texnologiyaların inkişafı ilə bu sahəyə marağın getdikcə artdığını deyən E.Babayev bildirib ki, Günəşdə baş verən dəyişikliklərlə bağlı Azərbaycanda kompleks şəkildə işlər yalnız son 10-15 il ərzində aparılmağa başlanıb. Hazırda Azərbaycanda bu sahədə demək olar ki, məktəb yaranıb.
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı
-
Nida Xəbər 11:22Qəbul olunmuş 180-dən çox qərar ləğv olundu - Naxçıvanda nə baş verir?
-
Magazin110:34Pərviz Bülbülənin başına səhnədə iş gəldi - VİDEO
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir
-
Maraq dünyası09:12Bu bürclərə şad xəbər
-
Ekologiya08:45Azərbaycana sərt qış gəlir: Bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
-
Dünya07:35Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?














.jpg)
.jpg)























.jpg)