Texnoloji
“Solar İmpulse” təyyarəsi uçuşu yarımçıq dayandırıb
Sakit okeanı günəş batareyaları ilə işləyən təyyarədə keçmək üçün rekord cəhdi uğursuzluqla nəticələnib.
Publika.az BBC-yə istinadən xəbər verir ki, pis hava şəraiti “Solar İmpulse” adlı təyyarəni enmək üçün Yaponiyaya qayıtmağa məcbur edib.
Çindən Havay adalarınadək uçmalı olan təyyarə 36 saat havada olub. İndi texniklər qrupu buludların dağılması və havanın yaxşılaşması üçün Yaponiyada gözləməli olacaq. Uçuşun gedişini Monakodakı nəzarət mərkəzindən müşahidə edən Bertrand Piccard deyib ki, “biz macəraaxtaran yox, tədqiqatçlarıq. Odur ki, təhlükəsizlik bizim üçün ümdə məsələdir. Hamı təyyarədən razıdır, di gəl, hava yaxşı deyil. Biz Naqoyada enib, sonra uçuşu davam etdirəcəyik”.
Bu, yalnız günəş enerjisindən istifadə edərək dünyanı dövrələmək üçün edilən cəhddə artıq 7-ci fasilədir.
17 min günəş hüceyrəsi ilə örtülmüş eksperimental təyyarə mart ayında Abu Dabidən havaya qalxıb. Lakin Sakit okeanın keçilməsinin təyyarə üçün ciddi sınaq olacağı əvvəlcədən gözlənilirdi.
Komanda Nankində artıq bir ay daha yaxşı hava üçün gözləməli olmuşdu.
Təyyarənin normal üçüşü üçün səmt küləyindən başqa həm də səmanın gün ərzində buludsuz olması zəruridir. Belə olduqda təyyarə bütün gün ərzində günəş enerjisini toplaya bilir.
Qrupun meteoroloqları ötən şənbə gününü uçuş üçün münasib saymışdılar və təyyarə Qrinviç vaxtı ilə saat 18:39-da havaya qalxmışdı. Təyyarəni tək sürən isveçrəli pilot Andre Borşberg əvvəlcə uçuşa çox yaxşı başlamışdı, lakin bazar ertəsi səhər hava proqnozu kəskin pişləşdikdən sonra komanda uçuşu dayandırmağı qərar aldı.
Pilot Yapon dənizi üzərində dövrə vurub Havay istiqamətində uça bilmək üçüm sinoptiklərin məlumatını gözləməli idi.
Sonunda komanda riskə getməməyi qərara alıb. Çünki okean üzərində problem yaransaydı pilotun dənizə enməkdən başqa çıxış yolu qalmayacaqdı.
Odur ki, təyyarə hazırda yaxşı havanı gözləmək üçün Naqoyaya uçur.
Qrup Sakit və Atlantik okeanları üzərindən uçuşu qasırğa mövsümünün başlanacağı avqust ayınadək başa vurmağa çalışır.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?


















.jpg)



















