Texnoloji
Azərbaycan peyki üzərindən yayılan kanalların sayı artdı
Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC yeni beynəlxalq kanallarla əməkdaşlığa başlayıb. Artıq yerli peyk operatoru “Sinema” TV, “Star Shopping” TV, “Sine klassik” TV və “Zahra” TV kanalları ilə müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, müqaviləyə əsasən,
adı çəkilən kanallar bu gündən etibarən “Azerspace-1” peyki
üzərindən 11015/H/30000 tezliyi ilə yayıma başlayacaq.
Məlumat üçün bildirək ki, 2013-cü ilin fevral ayında orbitə
buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1”
peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa,
Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə
edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin
faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku
diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən
“Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5
m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan
“Azersky”-ın idarəçiliyini təhvil almış və bununla da
Geo-İnformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən
müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb.
Bu məqsədlə, “Azərkosmos” 2017-ci ildə ikinci telekommunikasiya
peyki “Azerspace-2”-ni 45° şərq uzunluğu orbital mövqeyinə
çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin
məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?


















.jpg)



















