Texnoloji
İnanılmaz yenilik: Dərialtı çip qanı analiz edəcək
İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin alimləri dəri altına yerləşdirilən diaqnostik çip hazırlayıblar.
Publika.az İKT.az saytına istinadla xəbər verir ki, real vaxt rejimində qanı analiz etmək və qanın tərkibindəki müxtəlif maddələr barədə məlumatı dərhal əldə etmək üçün dəri altına qalınlığı bir kvadratsantimetr olan mikroçipi implantasiya etmək kifayətdir.
Qurğu qanda xolesterin və qlükozanın səviyyəsini, eləcə də bəzi dərman preparatlarının tərkibini ölçə bilir. Mikroçipin daxilində idarəetmə bloku, altı sensordan ibarət dəst, smartfonla əlaqə üçün “Bluetooth”-adapter və induksion kontur yerləşir.
Belə konstruksiya kənar akkumulyatorun yerləşdirilməsinə ehtiyacın olması ilə əlaqədardır ki, batareyanın dəyişdirilməsi üçün hər dəfə dərini kəsməyə ehtiyac qalmasın. Batareya dəriyə adi plastırla yapışdırılır.
Tədqiqatçılar artıq mikroçipi laboratoriya siçanları üzərində sınaqdan keçiriblər, insan üzərində sınaqlara isə yaxın beş ildə başlanılması nəzərdə tutulur.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?














.jpg)























