Texnoloji
Alimlər ağrını hesablayan ölçü sistemi düşünüblər
Amerika alimləri hiss edilən ağrını hesablayan ölçü sistemi düşünüblər.
Kaliforniya Universitetindəki alimlər 50 uşağın əməliyyat zamanı çəkilmiş videolarından istifadə edərək qaş, göz qapaqları və burun ətrafındakı mimik qırışlar başda olmaqla 40 nöqtəni araşdırıblar. Ölçü sayəsində uşaqların hiss etdiyi ağrı 0-10 balla qiymətləndirilib. Ölçü sistemi ötürücülər vasitəsilə ağrının dərəcəsini hesablayaraq xəstənin yaxınlarının və tibb bacılarının dedikləri ilə qarşılaşdırılıb.
Araşdırmada imzası olan Jeannie Huanq 5 yaşdan kiçik uşaqların ağrını ifadə edə bilmədiklərini və hər bir insanın ağrını hissetmə dərəcəsinin fərqli olduğunu vurğulayıb. J.Huanq həmin ölçü sisteminin xəstəxanalarda tətbiq edilməsindən əvvəl daha ciddi araşdırmaya ehtiyac olduğunu deyib. Xəstəxanalarda bu sistemdən istifadə olunarsa, azyaşlı uşaqların, əlillərin və ağrısını ifadə edə bilməyənlərin müalicə və müayinəsi xeyli asanlaşacaq.
Bu araşdırmanın nəticələri Böyük Britaniyanın “Pediatrics” jurnalında dərc edilib.
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi
-
MDB13:25Məşhur sovet psixoterapevti vəfat etdi
-
Ekologiya13:20Bakıda betonun üstündə yaşıllıq axtarışı: Plan baş tutacaq?





































.jpg)