Texnoloji
Belə UNO ilk dəfə göründü - FOTO
Niderlandda rəngarəng meduza formalı uçan naməlum obyekt (UNO) qeydə alınıb. İşıq saçan bu obyekt holland fotoqraf tərəfindən çəkilib.
Rəngarəng meduza formalı bu sirli obyekt Niderlandın Qroningen şəhərinin hava məkanında axşam vaxtı görünüb. İşıq saçan obyekt holland fotoqraf Harri Pertonun obyektivinə tuş gəlib. O, həmin vaxt yel buludlarını çəkirmiş.
O, əvvəlcə çəkdiyi obyektin şimşək olduğunu zənn edib, lakin sonra həmin obyektin UNO-ya oxşadığını görəndə təəccüblənib. Çünki, adətən, bu söz naməlum uçuş aparatlarına aid edilir.
“Mən elə düşündüm ki, bu, ildırım zərbəsidir, amma evə qayıdandan sonra şəkillərdən birində nə isə qəribə bir şey gördüm. Bu, nə isə UNO deyilən bir şeyə oxşayırdı”, - deyə fotoqraf bildirib.
Lakin fotoqrafın fikrincə, bu, yalnız təbiət hadisəsidir: “Mən hesab edirəm ki, bu meteoroloji hadisədir. Deyək ki, Günəş tufanlı səmada kiçik yarıqdan görünür. Ona görə də müşahidəçi belə "yaşıl obyekt" görür”.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?














.jpg)























