Texnoloji
Kompüterinizi şəkillərlə gələn təhlükədən qoruyun
Son zamanlarda aşkar olunan təhlükələrdən biri şəkillər vasitəsilə kompyuterlərin virusa yoluxdurulmasıdır.
Elektron Təhlükəsizlik Mərkəzindən Publika.az-a verilən məlumata görə, internet istifadəçilərinə göndərilən normal görünüşlü şəkillərin arxa fonunda yerləşən ziyanverici proqramlar istifadəçilərin xəbəri olmadan kompüterlərini asanlıqla sıradan çıxara bilər.
“Stegosploit” adlandırılan bu vasitəylə bədniyyətlilər zərərli kodu şəklin pikselində gizlətməyə nail olurlar. Bu yolla ziyanverici proqramı gizlətməyə müvəffəq olan şəxs həmin şəkli qarşı tərəfə göndərir və istifadəçi şəkli açdığı andan etibarən kompüteri ziyanverici proqrama yoluxmuş olur.
Qeyd edək ki, bədniyyətli üçün ziyanverici proqramı şəklin pikselində gizlətmək, onu e-poçt əlavələrində, pdf və ya başqa formatda saxlamaqdan daha əlverişlidir.
Kompüterinizin bu cür virusa yoluxmaması üçün ETM sizə naməlum e-poçt ünvanından və ya sosial şəbəkələrdə paylaşılan və ya sizə göndərilən hər şəkil formatında olan faylları açmamağınızı eləcə də, kompüterinizə yükləməməyi tövsiyə edir.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?














.jpg)























