Qadın özünün sürdüyü avtomobilin altında qaldı... - VİDEO
Bizi izləyin

Video

Qadın özünün sürdüyü avtomobilin altında qaldı... - VİDEO

Belə ki, qadın özünün sürdüyü avtomobilin altında qalıb.

Hadisə arxadan gələn avtomobil qeydiyyat kamerası ilə qeydə alınıb. Kadrlardan görünür ki, qarşıda gedən "Honda" markalı avtomobildə çənin qapağı açıq qalıb.

Yaxınlıqdan keçən başqa avtomobilin sahibi bu barədə xanım sürücünü xəbərdar edir. İşıqforda qırmızı işıq yandığını görən qadın bu fürsətdən istifadə edərək qapağı bağlamaq qərarına gəlir.

Lakin bu zaman avtomobili park vəziyyətdə qoymaq yadından çıxır. Maşından düşərkən avtomobilin hələ də hərəkət etdiyini görən qadın yenidən qaçaraq avtomobilə qayıtmaq istəyir. Lakin bu zaman təkərlərin altına yıxılır. Avtomobil yaşlı qadının hər iki ayağının üstündən keçir.

Xoşbəxtlikdən sürücüsüz avtomobildən başqa zərərçəkən olmur. Honda ağaca çırpılaraq dayanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm