Keçmiş nazir müavini müğənnilərdən yaxşı oxudu - - VİDEO
Bizi izləyin

Video

Keçmiş nazir müavini müğənnilərdən yaxşı oxudu - - VİDEO

İradə Hüseynova 2002-2011-ci illərdə təhsil nazirinin müavini vəzifəsində çalışıb.

Təhsil nazirinin keçmiş müavini, Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynovanın çoxlarına məlum olmayıan bacarığı aşkarlanıb.

Professor İradə Hüseynova yaxşı mahnı oxumaq və rəqs etmək qabiliyyətinə malikdir. Eks-nazir müavininin bu qabiliyyəti hətta elə səviyyədədir ki, onun bəzi peşəkar müğənni və rəqqasələrlə rəqabət apara biləcək gücündə olduğu da bildirilir.

Xatırladaq ki, İradə Hüseynova 2002-2011-ci illərdə təhsil nazirinin müavini vəzifəsində çalışıb. Elm və təhsil sahəsindəki nailiyyətlərinə görə 2008-ci ildə “Əməkdar müəllim” fəxri ada layiq görülüb.
Hazırda Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiridir. O, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, həmçinin Bakı Dövlət Universitetində YAP Qadınlar Şurasının sədridir. Ailəlidir, iki qizi, iki nəvəsi var.

İradə Hüseynovanın incəsənət bacarığının əks olunduğu videonu təqdim edirik:

(modern.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm