ABŞ Şimali Koreya liderini ələ saldı - VİDEO
Bizi izləyin

Video

ABŞ Şimali Koreya liderini ələ saldı - VİDEO

Prezident Donald Trampın Nyu-Yorkda yerləşən ofisinin nümayəndələri zarafat məqsədilə Şimali Koreya lideri kimi geyinən Kim Çen Inı qonaq ediblər.

Publika.az xəbər verir ki, təxminən 10 saat Nyu-York küçələrində Kim Çen In kimi gəzən şəxs əslində Qpark adlı yutub blogeri olub. O, mühafizəçilərilə diqqət çəkib.

Son aylarda gündəmdən düşməyən ABŞ-Şimali Koreya arasındakı gərginlik yarızarafat, yarıciddi qızışmağa başlayıb.

Nyu-Yorkda yerləşən "Trump Building"in qarşısına gələrək ABŞ prezidenti Donald Trampı görmək istədiyini söyləyib.

Zarafat o qədər ciddi olub ki, kənardan kameraya çəkilən kadrlarda insanların reaksiyalarını görmək mümkündür.

Amerikada "raket adam" adlandırılan Kim Çen Inın ölkədə olması insanları dəhşətə gətirib.

Həmin kadrları təqdim edirik:

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm