Cənubi Afrikadakı pinqvinlərin bu videosu internetdə izlənmə rekordu qırdı - - VİDEO
Bizi izləyin

Video

Cənubi Afrikadakı pinqvinlərin bu videosu internetdə izlənmə rekordu qırdı - - VİDEO

Son günlər sosial mediada yayılan iki pinqvinin videosu onları internet fenomeni edib.

Publika.az xəbər verir ki, tvitter platformasında “freakingdani” adlı istifadəçi 2 pinqvinin sahildə əl-ələ tutaraq gəzdiyi anların görüntülərini paylaşıb.

O bildirib ki, xalası Cənubi Afrikadan yenicə geri qayıdıb və pinqvinlərin videosunu ona göndərib. Videonu izləyənlər əvvəl “Afrikada pinqvinlərin nə işi var” sualı ilə lağlağı etməyə başlayıb. Lakin bilgili istifadəçilər pinqvinlərin təkcə Antraktidada deyil, Cənubi Amerika, Afrika, Avstraliya və Yeni Zelandiya kimi bölgələrdə də yaşadığını xatırladıb.

Bundan başqa istifadəçilər “pinqvinlərin özəl həyatı mənimkindən daha yaxşıdır” “Bu səhnə evlənmə təklifinə bənzəyir, pinqvinin dizi olsa, üzərinə çökərdi” kimi zarafatlar da ediblər.

Romantik pinqvinlərin videosu qısa müddətdə 3 milyondan artıq izlənmə sayı toplayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm