Amaliya Pənahovanın son paylaşımı HAMINI KÖVRƏLTDİ - - FOTO/VİDEO
Bizi izləyin

Video

Amaliya Pənahovanın son paylaşımı HAMINI KÖVRƏLTDİ - - FOTO/VİDEO

Bu gün səhər saatlarında vəfat edən əfsanəvi aktrisa, Xalq artisti Amaliya Pənahova sonuncu dəfə bir həftə öncə sosial media hesabından paylaşım edib.

Publika.az xəbər verir ki, aktrisa 1 noyabr tarixində “Bakı Bələdiyyə Teatrı”nda “Şanlı Vətən” tamaşasının premyerasında iştirak edib və orada çəkdiyi videonu feysbuk izləyiciləri ilə bölüşüb.

Aktrisa daha sonra tamaşada rol alan həmkarlarının sevinclərini bölüşdükləri videonu da öz hesabında paylaşıb.

73 yaşlı aktrisa instaqram hesabında isə sonuncu dəfə 27 sentyabr tarixində paylaşım edib. O, “müxtəlif illərdə yaratdığım rollar” başlığı ilə foto-kollaj paylaşıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm