Şəkidə “İpəkçilik ensiklopediyası” hazırlanır

10 Mart 2014 21:34 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzi elmi şurasının tövsiyyəsi ilə “İpəkçilik ensiklopediyası”hazırlanıb.

Şəki Regional Elmi Mərkəzin direktoru, geologiya-mineralogiya üzrə elmlər doktoru Zəkəriyyə Əlizadəyə bildirir ki, elmi-tədqiqat müəssisəsində hazırlanmaqda olan “İpəkçilik ensiklopediyası” üçün nəzərdə tutulan materiallar üzərində iş aparılır və nəşrə hazırlıq vəziyyətinə gətirilib. Mərkəzin rəhbəri “İpəkçilik lüğəti” kitabı kimi çapı düşünülən nəşrin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə “İpəkçilik ensiklopediyası” şəklində hazırlanmasına qərar verildiyini bildirib.

Z.Əlizadə Azərbaycanın əsas ipəkçilik regionlarından olan Şəki-Zaqatala və Şamaxının bu istiqamət üzrə bütün dünya miqyasında tanındığını, yeni yaradılan ensiklopediyada bu istiqamətdə mühüm məlumatların toplandığını qeyd edib. /Gun.az/