17 mindən çox ipoteka krediti verilib

4 Avqust 2015 10:21 (UTC+04:00)

Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 17 min 260 ipoteka krediti verib.

Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 697 milyon 111 min 430 manatdan çoxdur. AİF 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb.