Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

10 Avqust 2015 04:18 (UTC+04:00)

Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, binanın 3-cü mərtəbəsində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m o

lan 2 otaqlı mənzilin 1 otağının tavanı, ev əşyaları 20 kv.m və dəhlizdə paltar şkafı 4 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.