Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-muhafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılovun "Qəbələ"nin əvəzedici komandasının üzvü olduğu bildirilir.
Publika.az xəbər verir ki, “Qəbələ”nin rəsmi “facebook” səhifəsi bununla bağlı məlumat yayıb:
“Diqqətinizə çatdırırıq ki, İsmayılov 2013-cü ilin iyul ayının 20-də perspektiv vəd edən futbolçu kimi “Qəbələ”nin əvəzedici komandasına cəlb olunub. Cəmi 6 ay əvəzedicilərin heyətində oynayıb. Ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb. Xatırladaq ki, həmin zaman Cavid Hüseynov “Qəbələ”də çıxış etmirdi”.