Əfqanıstanın paytaxtı Kabildəki beynəlxalq hava limanında partlayış törədilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, içində bombanın olduğu avtomobilin partladılması nəticəsində 4 nəfər ölüb, 17-i yaralanıb.
Almaniyanın AFP agentliyinin əməkdaşı hadisə yerindən verdiyi xəbərində ətrafa yanmış ət parçalarının dağıldığını bildirib. Terror aktına görə, məsuliyyəti Taliban təşkilatı üzərinə götürüb.