TQDK bu gün nəticələri açıqlayacaq

12 Avqust 2015 14:08 (UTC+04:00)

Azərbaycanda ali təhsil müəssisələrinin ixtisas seçimi müsabiqəsinin nəticələrinin bu gün axşam saatlarında elan edilməsi gözlənilir.

Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Qeyd edək ki, ixtisas seçimi avqustun 11-də saat 23:59-da başa çatıb. Ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə 36625 abituriyent, V ixtisas qrupu üzrə isə 8898 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

Publika.az