“Milli Ön”-dən oğurluq edən tutuldu

13 Avqust 2015 17:23 (UTC+04:00)

Oğurluq etdiyinə görə tutulmuş N.Bağıyevin Xətai rayonu ərazisində quraşdırılmış “Milli Ön” ödəmə terminalından pul oğurlaması da müəyyən edilib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyulun 15-də oğurluq etdiyinə görə tutulmuş Nahid Bağıyevin ətrafında Yasamal RPİ 29-cu PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun mayın 9-da Xətai rayonu ərazisində quraşdırılmış “Milli Ön” ödəmə terminalından 541 manat oğurlaması da müəyyən olunub.

Anar Tağıyev