Azərbaycanın ən uzunömürlü vətəndaşı vəfat etdi - FOTO

14 Avqust 2015 16:30 (UTC+04:00)

Azərbaycanın ən uzunömürlü vətəndaşı dünyasını dəyişib.

Bu barədə Publika.az-a Zərdab rayon sakinləri xəbər veriblər. Əldə etdiyimiz məlumata görə, Məlikli kənd sakini 1888-ci il təvəllüdlü Süfü Mikayıl qızı Bayramova yaşadığı kənddə 127 yaşında vəfat edib.

Qeyd edək ki, üç əsrin şahidi olan Süfü Bayramova Azərbaycanın ən yaşlı seçicisi kimi qeydiyyata alınmışdı.

Anar Tağıyev