Ukrayna kanalı “Qəbələ” haqda süjet hazırladı - VİDEO

18 Avqust 2015 16:30 (UTC+04:00)

Ukraynalı mütəxəssis Roman Qriqorçukun gəlişindən sonra “Qəbələ”nin uğurlu çıxışı və Avropa Liqasında pley-off mərhələsinə qədər irəliləməsi çoxlarını təəccübləndirdi.

Publika.az xəbər verir ki, əyalət təmsilçisinin bu sıçrayışı Qriqorçukun vətənində də diqqətdən kənarda qalmayıb. Ukraynanın 2+2 kanalı Roman və onun komandası haqda süjet hazırlayıb. Süjetdə Qriqorçukun “Qəbələ”də gördüyü işlərdən bəhs olunub. Həmçinin “Qəbələ”nin prezidenti Tale Heydərov, vitse-prezident Fariz Nəcəfov, həyat yoldaşı Alina Qriqorçuk da baş məşqçi haqda fikirlərini bildirib.