Sabah 35 dərəcə isti olacaq

1 Sentyabr 2015 13:52 (UTC+04:00)

Sabah Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 26-31, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Sentyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, sentyabrın 3-də arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissləri yarada bilər.