Emin əfsanəvi müğənni ilə duet oxudu - VİDEO

2 Sentyabr 2015 16:45 (UTC+04:00)

Azərbaycanlı bəstəkar-müğənni Eminin amerikalı əfsanəvi müğənni Nil Rodcers ilə dueti hazırdır.

Publika.az müğənninin rəsmi saytına istinadən xəbər verir ki, iki məşhur müğənni “Bumerang” adlı mahnını birgə ifa edib.

Sabah, yəni sentyabrın 3-də mahnının BBC Radio 2-də premyerası olacaq. Eminin əfsanəvi musiqiçi ilə duetini ilk dəfə BBC-nin səhər şousunda dinləmək mümkün olacaq.

Tezliklə duetin iTunes-də satışa çıxacağı da bildirilir.

Qeyd edək ki, Emin həmin mahnını daha əvvəl solo ifa edib.

İsa Şükürov