İŞİD məscidə hücum etdi, 32 nəfər öldü

3 Sentyabr 2015 18:45 (UTC+04:00)

Yəmənin paytaxtı Sənada Əl-Müəyyəd məscidinə bombalı hücum olub.


Publika.az xəbər verir ki, hücum nəticəsində ölənlərin sayı 32-yə çatıb.


Terror aktını İŞİD-ə bağlı olduğunu elan edən “Səna vilayəti” adlı təşkilat üstünə götürüb. Təşkilatın “Twitter” hesabında yayılan açıqlamada terror aktının Kusay Sənaani adlı şəxsin törətdiyi və bunun “husilərə qarşı intiqam” olduğu bildirilir.


Asif Nərimanlı