PKK deputatlığa namizədin maşınını güllələdi: 1 ölü

5 Sentyabr 2015 20:21 (UTC+04:00)

Türkiyənin Hakkari vilayətinin Yüksekova ilə Şemdinli qəsəbəsində Nerşüde körpüsünü bağlayan silahlı PKK-çılar AKP-nin bölgə təşkilatının üzvü Mühsin Kayanın avtomobilini gülləboran edib.


Publika.az xəbər verir ki, hadisə nəticəsində M.Kaya ilə yanaşı, onun avtomobilində olan Cəlal İnan da yaralanıb. Hər iki şəxs xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq, C.İnan həyatını itirib. M.Kayanın müalicəsi isə davam edir.


Qeyd edək ki, M.Kaya son parlament seçkilərində deputatlığa namizəd olub.


Asif