FHN ticarət mərkəzindəki yanğınla bağlı məlumat yaydı

14 Mart 2014 10:29 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi “Moskva” Univermağında baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli "Moskva" ticarət mərkəzinin mərtəbələrarası eskalator və ona yaxın birinci mərtəbədə yerləşən zinət əşyalarının satışı üçün quraşdırılmış taxtadan ibarət vitrinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.