Məşhur reper:”Bu cavanlıq səhvi idi” - FOTO

14 Mart 2014 13:28 (UTC+04:00)

Dəyirman qrupunun üzvlərindən olan reper Malik sənət olmayan yerdə qalmaqalların gündəmə gəldiyini deyir.

Publika.az-ın məlumatına görə, reperin özünün də adı vaxtilə bu qalmaqallarda hallanıb. Amma Malik bunu cavanlıq səhvi sayır: “Sənət varsa, qalmaqal etməyə ehtiyac yoxdur. Sənət olmayan yerdə artıq qalmaqallar gündəmə gəlir. Vaxtilə mənim də qalmaqalım olub, amma bu keçmişdə qalıb, bunu cavanlıq səhvi sayıram”.

Cəvahir Səlimqızı