Donetskdə toqquşmalar nəticəsində 1 nəfər öldü

14 Mart 2014 14:43 (UTC+04:00)

Ukraynanın Donetsk şəhərində baş vermiş kütləvi dava 1 nəfərin ölümünə, 28 nəfərin isə xəsarət almasına səbəb olub.



Trend-in cümə günü UNİAN-a istinadən verdiyi məlumata görə, dava Ukrayna və Rusiya əleyhdarları arasında olub.



İki tərəfin keçirdiyi aksiya yerli vaxtla səhər saat 08:00-də baş tutub.