Araz Əzimov: "O, qeyri-ciddi adamdır"

14 Mart 2014 16:14 (UTC+04:00)

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirnovskinin Qarabağla bağlı səsləndirdiyi bəyanata qısa münasibət bildirib.

Publika.Az-ın məlumatına görə, nazir müavini A.Əzimov jurnalistlərə açıqlamasında deyib: “O, qeyri-ciddi adamdır, mən onun fikirlərinə şərh vermək istəmirəm”.

A.Əzimov martın 16-da Krımda keçiriləcək referendum və Azərbaycanın bu seçkilərin nəticəsini tanıyıb-tanınmaması ilə bağlı məsələyə də münasibət bildirib: “Əvvala, bu referendum hələ keçirilməyib. Digər tərəfdən isə Azərbaycan dövlətlərarası prinsipləri tənzimləyən məsələlərə sadiqdir”.

Vasif Həsənli